AZE | RUS | ENG |


BDU-da Türk Dünyası Sənədli Filmlər Festivalının açılışı olub

BDU-da Türk Dünyası Sənədli Filmlər Festivalının açılışı olub
Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyi, Yunus Əmrə İnstitutu və Bakı Dövlət Universitetinin dəstəyi ilə keçirilən II Türk Dünyası Sənədli Filmlər Festivalının BDU-da xüsusi mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov bildirib ki, "6 ölkə bir festival” devizi ilə təşkil edilən Türk Dünyası Sənədli Filmlər Festivalının keçirilməsində başlıca məqsəd dünyanın müxtəlif ölkələrində yaşayan türklərin zəngin mədəniyyətə sahib olan dəyərlərini tanıtmaq və dünyaya təqdim etməkdir. Eyni zamanda festivalın təşkili ilə həm də qardaş türk xalqlarının biri-birilərini daha yaxından tanımaları üçün şərait yaratmaqdır. Rektor onu da qeyd edib ki, bu layihəyə türk dünyasinin müxtəlif yerlərindən bir çox dövlət orqanları, ali məktəblər və təşkilatlar dəstək verir. Bununla əlaqədar Bakı Dövlət Universiteti ilə Türk Dünyası Qəzetçilər Federasiyası arasında imzalanmış niyyət protokoluna da diqqət çəkən rektor festivalın işinə uğurlar arzu edib.

Sonra Türk Dünyası Qəzetçilər Federasiyasının başqanı Menderes Dəmir çıxış edib. 2016-cı ildə 5 ölkədən, 7 filmlə gerçəkləşən Festivalın bu il keçirilən ikinci tədbirində artıq 7 ölkədən 18 film nümayişi olduğunu bildirib. 

Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Tanıtım müşaviri İrfan Çiftçi festivalda qalib gələn filmlərin layihənin ortaqları olan İstanbul, Marmara, Niğde, Ömer Halisdemir, Amasya  universitetlərində, eləcə də Qırğızıstanda Manas, Qazaxıstanda əl-Fərabi, KKTC-də Doğu Akdeniz Universitetlərində nümayişlərinin keçirildiyini bildirib.

Sonra Türk Dünyası Sənədli Filmlər Festivalına dəstəyinə görə rektor Abel Məhərrəmova xüsusi plaket təqdim edilib. Eyni zamanda, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və dekan müavini Sevinc Əliyevaya təşəkkür elan edilib. 

Sonda TRT-nin hazırladığı "Sırac” sənədli filmi nümayiş etdirilib. Qeyd edək ki, filmin mövzusu Türkiyənin Tokat, Yozqat, Sivas, Çorum bölgələrində yaşayan türkmən sırac tayfasının mədəni dəyərləri və yaşam tərzi ilə bağlıdır. Sıraclar Azərbaycan türklərinin də formalaşmasında rol oynayıb, eləcə də Azərbaycan Səfəvi İmperiyasının qurulmasında iştirak etmiş Oğuzun Bəydilli tayfasına məxsusdurlar. Şah İsmayıla sonsuz sayğı və ehtiramları olan sıracların, əsrlər keçməsinə rəğmən öz mədəni kimliklərini mühafizə etmələri ilə bağlı maraqlı məqamlar öz əksini tapıb.


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6379
GBP 1 İngilis funt sterlinqi 2.2777
TRY 1 Türk lirəsi 0.4436
KWD 1 Küveyt dinarı 5.6262
SEK 1 İsveç kronu 0.2012
EUR 1 Avro 2.0024
CHF 1 İsveçrə frankı 1.7136
USD 1 ABŞ dolları 1.7000